Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kütləvi kibersızma: milyonlarla hesab təhlükə altında

Gmail, Facebook və bank hesablarına aid 149 milyon istifadəçi adı və şifrə açıq verilənlər bazasında aşkarlanıb

211

Kiber-təhlükəsizlik üzrə analitik Ceremi Fauler internetdə milyonlarla istifadəçinin şəxsi giriş məlumatlarını ehtiva edən müdafiəsiz verilənlər bazası aşkar edib. Sızdırılan məlumatlar arasında Gmail, Facebook və müxtəlif bank hesablarına məxsus loqin və şifrələr yer alır.

Tədqiqatçının açıqlamasına görə, bazada ümumilikdə 149 milyon istifadəçi adı və şifrə qeydə alınıb. Onlardan:

  • 48 milyonu Gmail hesablarına,

  • 17 milyonu Facebook profillərinə,

  • 420 mini isə Binance kriptovalyuta platformasına aiddir.

Fauler verilənlər bazasının kimə məxsus olduğunu müəyyən edə bilmədiyini bildirib. Bununla belə, o, dərhal hostinq provayderinə məlumat verib və xidmət şərtlərinin pozulması səbəbindən həmin məlumat anbarı silinib.

Analitikin qənaətinə görə, bu məlumatlar “infostealing” tipli zərərli proqram təminatı vasitəsilə toplanıb. Bu proqramlar istifadəçi cihazlarına yoluxaraq klaviatura qeydləri (keylogging) yolu ilə daxil edilən məlumatları ələ keçirir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zərərli proqramların avtomatlaşdırılması fonunda məxfi məlumatların oğurlanması riski hər gün daha da artır və istifadəçilər hesab təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görməlidirlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.