Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənistan Baş naziri Paşinyan yeni musiqi qrupunu yaradıb

“Varçabend” qrupunun ilk çıxışı yanvarın 30-da İrəvanda baş tutacaq; konsertdə iştirak üçün əvvəlcədən qeydiyyat tələb olunacaq

93

Ermənistanın Baş naziri Nikol Paşinyan 60 yaşında öz musiqi qrupunu qurduğunu açıqlayıb.

O, məlumatı şəxsi “Facebook” hesabında paylaşaraq qrupun adının “Varçabend” olduğunu və loqosunu təqdim edib. Qrupun adı erməni dilindəki “premyer” və ingilis dilindəki “band” sözlərinin hecalarından yaranıb.

Paşinyan bildirib ki, qrupun ilk çıxışı yanvarın 30-da İrəvanda baş tutacaq. Konsertin keçiriləcəyi məkan və iştirak qaydaları barədə ətraflı məlumat yaxın günlərdə veriləcək, əvvəlcədən qeydiyyatdan keçənlər tədbirdə iştirak edə biləcəklər.

Baş nazirin musiqiyə marağı isə ötən ilin ortalarından diqqət çəkməyə başlayıb. 2025-ci ilin avqust ayında media Paşinyan və həyat yoldaşı Anna Akopyanın gitara və nağara öyrəndiyini xəbər vermişdi. Daha sonra Baş nazir sosial şəbəkələrdə nağara çaldığı anları əks etdirən videolarını paylaşaraq bu həvəsini nümayiş etdirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.