Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Türkiyədə e-ticarət bazarında diqqətçəkən dəyişiklik

“Temu” xaricdən məhsul satışını dayandıraraq yalnız yerli anbarlardan göndərişə keçib

334

Məşhur onlayn alış-veriş platforması “Temu” Türkiyə bazarında fəaliyyət strategiyasını dəyişərək xaricdən məhsul satışına son qoyub. Artıq bu gündən etibarən Türkiyədəki istifadəçilər üçün beynəlxalq sifariş funksiyası deaktiv edilib.

Platformanın saytında və mobil tətbiqində məhsul axtarışı edən müştərilərə yalnız Türkiyə ərazisində yerləşən anbarlardan göndərilən və yerli satıcılara aid məhsullar təqdim olunur.

Qeyd edək ki, bu dəyişikliklərdən öncə, 21 yanvar tarixində Türkiyə Rəqabət Qurumu tərəfindən “Temu”nun İstanbul ofisində gözlənilməz yoxlama həyata keçirilib və şirkətin rəqəmsal məlumatları araşdırmaya cəlb olunub.

Bununla yanaşı, Türkiyə hökuməti 7 yanvar tarixində açıqladığı yeni qərara əsasən, xaricdən gətirilən bağlamalar üçün mövcud olan 30 avro məbləğində rüsumsuz alış limitini fevralın 1-dən etibarən (bəzi müddəalar üzrə isə fevralın 6-dan) tamamilə ləğv edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.