Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MİQ-də yüksək bal toplayan müəllimlər onlayn məktəblərdə dərs verəcək

Azərbaycandan olan müəllimlər dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərəcək onlayn Azərbaycan dili məktəblərində biliklərini paylaşacaqlar

102

Son illərdə Azərbaycan dilindən düzgün istifadə və onun tədrisi əsas diqqət mərkəzindədir. Bu kontekstdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün onlayn Azərbaycan dili məktəblərinin yaradılması planlaşdırılır. Bəzi ölkələrdə isə artıq belə məktəblər fəaliyyətə başlayıb. Hazırda əsas müzakirə mövzusu həmin məktəblərdə kimlərin dərs keçirəcəyidir.

Təhsil sahələri üzrə ekspert Məzahir Məmmədli bildirib ki, proses artıq başlanıb:
“Diaspor İşi üzrə Dövlət Komitəsi bu təşəbbüsün əsasını qoyub. Elm və Təhsil Nazirliyi də məsələnin daha peşəkar səviyyədə həyata keçirilməsi üçün xüsusi proqramlar hazırlayıb. Bu təşəbbüslər dünyanın bir çox ölkəsində, xüsusilə azərbaycanlıların sıx yaşadığı regionlarda aktivdir.”

M. Məmmədli əlavə edib ki, dərslərin keçirilməsi üçün bilikli, bacarıqlı və MİQ imtahanında yüksək nəticə göstərmiş müəllimlər seçilib:
“Onlayn məktəblərdə istifadə olunacaq elektron dərsliklər bazası da Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanıb. Müəllimlər dərsləri keçərkən bu vəsaitlərdən faydalanacaqlar,” – deyə ekspert vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.