Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Türk dövlətləri üçün ortaq pul vahidi təklif olunur

Şakir Gürel 2026-cı ilin Türk dünyası üçün dönüş nöqtəsi olacağını bildirərək vahid valyutanın dövriyyəyə buraxılmasını vacib sayıb

88

2026-cı ildə Türk dövlətləri arasında vahid pul vahidinin yaradılması təklif olunub. Bu təşəbbüslə jurnalist, Beynəlxalq Mətbuat Konfederasiyasının sədri və Türk Dünyası Media və Kommunikasiya Birliyinin (TÜRKBİR) qurucusu Şakir Gürel çıxış edib. O, bu fikirləri “MediaTürk TV”də yayımlanan “Net Baxış 360 Dərəcə” verilişində aparıcı Serdar Şengülün suallarını cavablandırarkən səsləndirib.

Şakir Gürel bildirib ki, 2026-cı il Türk dünyası üçün strateji əhəmiyyət daşıyan bir mərhələ olmalıdır. Onun fikrincə, Türk dövlətləri iqtisadi inteqrasiyanı gücləndirməli və ortaq pul vahidi ən qısa zamanda dövriyyəyə buraxılmalıdır. Gürel qeyd edib ki, artıq bu il ərzində yeni Türk valyutasının çapına başlanması vacibdir.

O vurğulayıb ki, vahid pul sistemi Türk dövlətlərinin qlobal iqtisadi sistemdə mövqelərini möhkəmləndirə bilər. Nümunə olaraq ABŞ-da vahid dollar sistemi, Avropada avro zonası və Birləşmiş Krallıq daxilində mövcud pul birliyi modelini xatırladıb.

“Ümidvaram ki, yaxın zamanda ortaq Türk pulunun çapına start veriləcək və bu addım Türk dünyasının iqtisadi gücünü əhəmiyyətli dərəcədə artıracaq”, – deyə Şakir Gürel əlavə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.