Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda işsizlərin sayı 2026-cı ilin əvvəlində artıb

2025-ci ilin yanvarı ilə müqayisədə işsizlərin sayı 22 600 nəfər artaraq 239 800 nəfərə çatıb, qadınların payı 51,9%-ə yüksəlib

119

2026-cı il yanvarın 1-i vəziyyətinə görə, Azərbaycanda işsizlərin sayı 2025-ci ilin eyni tarixi ilə müqayisədə 22 600 nəfər və ya 10,4% artaraq 239 800 nəfərə çatıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Komitənin hesabatında bildirilir ki, 2026-cı ilin əvvəlinə Dövlət Məşğulluq Agentliyinin yerli idarələrində qeydiyyatdan keçmiş işsizlərin sayı 239 800 nəfər olub və onların 51,9%-i qadınlardır. Bu göstərici 2025-ci ilin yanvarında 47,6% təşkil edirdi.

Hesabatda həmçinin qeyd olunur ki, noyabr ayı ilə müqayisədə dekabr ayında işsizlərin sayı 0,2% və ya 500 nəfər artıb.

Orta aylıq işsizlik sığorta ödənişi isə 452,8 manat təşkil edib; 2025-ci ilin yanvarında bu göstərici 394,9 manat idi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.