Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Eksternat imtahanları ilk dəfə elektron formada keçiriləcək

Elektron imtahanlar Bakıda ümumi orta və tam orta təhsilini başa vura bilməyənlər üçün ilk dəfə tətbiq olunur

156

Paytaxtda əvvəlki illərdə təhsilini başa vura bilməyən şəxslər üçün eksternat imtahanları yanvarın 31-də elektron sistem vasitəsilə təşkil olunacaq. İmtahanlar 10, 158, 229, 263 nömrəli tam orta məktəblərdə və 220 nömrəli məktəb-liseydə aparılacaq.

Ümumi orta təhsil səviyyəsini bitirə bilməyən 371 nəfər və tam orta təhsil səviyyəsini bitirə bilməyən 1 126 nəfər olmaqla, toplam 1 497 iştirakçı imtahana qatılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.