Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İnzibati qayda pozuntusu

Təbriz küçəsində ucadan nalayiq danışan şəxs 7 gün həbs olunub

101

Bakının Nərimanov rayonunda küçədə ucadan nalayiq ifadələr işlədən şəxs inzibati qaydada həbs olunub.

Hadisə rayonun Təbriz küçəsində, “Bravo” marketin qarşısında baş verib. 2004-cü il təvəllüdlü Tahir Cəmilov (ad-soyad şərti verilib) yüksək səslə danışaraq nalayiq ifadələr işlədib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə ittiham elan olunub. Cəmilov ifadəsində qeyd edib ki, yanvarın 21-i gecə saat 02:00-da marketin qarşısında telefonla danışarkən əsəbi olduğu üçün söyüş söyüb: “Telefonda danışdığım şəxs borcumu qaytarmasını tələb etdiyim dostum idi. Polis əməkdaşları yaxınlaşaraq irad bildirsə də, əsəbimə hakim ola bilmədim və söyüşlərimi davam etdirdim”.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Cəmilov 7 gün müddətinə inzibati həbs edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.