Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənistan müxalifəti və Rusiya Azərbaycanla sülhə mane olur – partiya sədri

Arman Babacanyan bildirir ki, müxalifət və Rusiyanın təsiri ilə “sülh” anlayışı Ermənistanda qəbul olunmur və qarşıdurma siyasəti davam etdirilir

136

“Ermənistanda bəzi müxalif qüvvələr və Rusiya Azərbaycanla sülhün yaranmasını istəmir”. Bu sözləri Ermənistanın “Respublika Uğrunda” partiyasının sədri Arman Babacanyan səsləndirib.

O bildirib ki, müxalifət “sülh” anlayışına qarşı çıxır, çünki bu onların və Rusiyanın maraqlarına uyğun deyil: “Rusiya uzun illər boyu qarşıdurmanı və qan tökülməsini təşviq edib. Kim bu müxalif qüvvələri dəstəkləyirsə, nəticədə Rusiyanın təsiri altında Ermənistanın maraqlarına ziyan vurur. Onlar ölkəyə qarşı aqressiv mövqe sərgiləmək istəyirlər”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.