Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran Xarici İşlər Naziri Zelenskinin Davos Forumundakı çağırışına cavab verdi

Əraqçi: “Biz özümüzü müdafiə edə bilirik, xarici yardıma ehtiyacımız yoxdur”

86

İranın Xarici İşlər Naziri Abbas Əraqçi, Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 22-də Davos Forumundakı çıxışına cavab olaraq, ölkəsinin xarici müdaxiləyə ehtiyac duymadığını bəyan edib.

Əraqçi bildirib ki, dünya artıq xaricdən gələn yardım və muzdlulardan ibarət qüvvələrdən yorulub: “Cənab Zelenski, xaricdən dəstəklənən və muzdlularla dolu ordunuzla fərqli olaraq, biz öz təhlükəsizliyimizi təmin edə bilirik və xarici yardıma müraciət etməyə ehtiyac görmürük.”

O, həmçinin qeyd edib ki, Zelenski ABŞ və Avropa vəsaitlərini korrupsiyalaşmış generalların ciblərini doldurmaq üçün xərcləyir və BMT Nizamnaməsini pozaraq İrana qarşı qanunsuz müdaxilə çağırışları edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.