Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sosial təminatda rəqəmsal yanaşma genişlənir

2025-ci ildə 258 mindən çox pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib

139

2025-ci il ərzində ölkə üzrə pensiya, müavinət və təqaüdlərin təyinatı yeni qaydada aparılıb. Yanvar–dekabr ayları boyunca ümumilikdə 258 157 sosial ödəniş elektron infrastruktur üzərindən proaktiv mexanizm vasitəsilə təyin olunub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, təyinatların 39 208-i pensiya, 218 949-u isə müavinət və təqaüd təşkil edib. Müavinətlərin bir hissəsi Məcburi Dövlət Sosial Sığorta (MDSS) vəsaiti hesabına ödənilib.

Qeyd olunub ki, proaktiv sistem vətəndaşların əlavə müraciət etməsinə ehtiyac qalmadan sosial təminat hüquqlarının avtomatik şəkildə reallaşdırılmasına imkan verir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.