Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda tibbdə yeni texnologiya

Böyrək və gələcəkdə ürək transplantasiyaları robotik üsulla həyata keçiriləcək

204

Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarının robotik üsulla həyata keçirilməsi planlaşdırılır. Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk dəfə icra olunan robotik cərrahi əməliyyata həsr edilmiş brifinqdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xüsusilə artıq çəkisi olan pasiyentlərdə ənənəvi cərrahi üsullar əlavə risklər yarada bilər. Müasir texnologiyaların tətbiqi isə robotik cərrahiyyə vasitəsilə bu cür əməliyyatların daha təhlükəsiz və dəqiq icrasına imkan verir.

Vüqar Qurbanov əlavə edib ki, zəruri lisenziyalaşdırma prosesləri başa çatdıqdan sonra gələcəkdə ürək köçürülməsi əməliyyatlarının da robotik üsulla aparılması mümkün olacaq. Bu istiqamətdə müvafiq hazırlıq işləri görülür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.