Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nazirlər Kabinetindən normativ sənədlərlə bağlı yeni qərarlar

Ədliyyə, səhiyyə və aviasiya sahələrini əhatə edən sənədlərdə dəyişikliklər qüvvəyə minib

198

Nazirlər Kabineti bir sıra normativ sənədlərə düzəlişlər edib.

Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərarda bildirilib. Qərara əsasən, ədliyyə orqanları əməkdaşlarının attestasiyası, tibbi-iqtisadi ekspertizanın aparılması, tibbi xidmətin keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı qaydalara dəyişikliklər edilib.

Eyni zamanda “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin nizamnaməsi yenilənib, aviasiya personalının ilkin və dövri testlərdən, psixoloji müayinələrdən keçirilməsi, eləcə də bu sahədə fəaliyyət göstərən tibb müəssisələri və mütəxəssislərin sertifikatlaşdırılması qaydaları təkmilləşdirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.