Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hərbi xidmətə çağırılan işçilərin hüquqları və maliyyə təminatı

Hərbi xidmətə çağırılan işçilərə ödəniləcək müavinət açıqlanıb

294

Həqiqi hərbi xidmətə çağırılan işçilərin işəgötürən tərəfindən təminat hüquqları müəyyən edilib. İşçi hərbi xidmətə çağırıldıqda, Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi xitamlandırılır. Belə hallarda işəgötürən, Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, işçiyə orta aylıq əməkhaqqının ən azı üç misli miqdarında müavinət ödəməlidir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bunu “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə fəaliyyəti və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Quliyev əlavə edib ki, 16 yanvar 2026-cı ilədək, yəni Əmək Məcəlləsinə edilmiş dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənənədək, müavinətin məbləği orta aylıq əməkhaqqının iki misli həcmində müəyyən olunmuşdu.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.