Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təbrizdə təhlükəsizlik gücləri aktivləşdi, məktəblər bağlandı

İran İnqilab Keşikçiləri Qvardiyası şəhərdə nəzarəti gücləndirib, etiraz aksiyaları nəticəsində bir çox insan həlak olub, yaralanıb və həbs edilib

273

İranda Təbrizdə təhlükəsizlik tədbirləri gücləndirilib, dövlət məktəbləri bağlanıb

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizdə əsas yol olan Vəli-əsr prospektində yerləşən dövlət məktəbləri müvəqqəti olaraq bağlanıb. Şəhərdə hərbi və təhlükəsizlik qüvvələri, xüsusilə İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah), vəziyyətə tam nəzarət edir.

Məlumata görə, Təbrizdə yaşayış və hökumət binalarının damlarına silahlı şəxslər yerləşdirilib. Qeyd edək ki, 2025-ci il dekabrın 28-də İranda sosial-iqtisadi səbəblərdən etiraz aksiyaları başlayıb və iki həftədən çox davam edib. Hakimiyyət bu yürüşləri güc strukturları vasitəsilə yatırıb. Aksiya nəticəsində xeyli insan həlak olub, yaralanıb və həbs edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.