Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəzza bərpasında Azərbaycanın rolu artır

1 milyard dollar iddiaları həqiqəti əks etdirmir, ölkə təsisçi üzv kimi iştirak edəcək

234

Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza üzrə Sülh Şurasına təsisçi üzv qismində dəvət alıb. Xarici İşlər Nazirliyi bildirib ki, rəsmi Bakı dəvəti qəbul edib.

Layihəyə dünyanın 60-a yaxın ölkəsi dəvət olunub. Şuranın əsas məqsədi Qəzza zolağının bərpası üçün beynəlxalq maliyyə resurslarını səfərbər etməkdir. Strukturda ABŞ dövlət katibi, Böyük Britaniyanın sabiq baş naziri və ABŞ prezidentinin xüsusi elçisi də yer alacaq, Fələstin Milli İdarəetmə Komitəsi isə ümumi nəzarət funksiyasını icra edəcək.

Sosial şəbəkələrdə yayılan “Azərbaycan 1 milyard dollar ödəyəcək” iddiaları həqiqəti əks etdirmir. Bu məbləğ yalnız Şurada daimi üzv statusu əldə etmək və iştirak müddətini üç ildən çox saxlamaq istəyən ölkələr üçün nəzərdə tutulur. Üçillik üzvlük üçün isə belə yüksək ödəniş tələb olunmur.

Beləliklə, Azərbaycanın Şuraya qoşulması avtomatik olaraq milyardlıq maliyyə öhdəliyi yaratmır. Bu addım ölkənin beynəlxalq humanitar təşəbbüslərdə rolunu artırır və qlobal platformalarda etibarlı tərəfdaş kimi qəbul olunmasına töhfə verir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.