Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İşğaldan azad olunmuş torpaqlarda Böyük Qayıdış sürətlə davam edir

Xankəndiyə qayıdan ailələr dövlət qayğısı ilə əhatə olunub, sakinlər Azərbaycan Ordusuna minnətfarlıqlarını bildirib, şəhidlərə rəhmət diləyiblər

289

Prezident İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş bölgələrdə məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam etdirilir. Xankəndi şəhərinə köçən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti yerləşdirilib.

İlk mərhələdə şəhərə 36 ailə – ümumilikdə 162 nəfər – qayıdıb. Doğma yurdlarına dönən sakinlər onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Həmçinin, sakinlər torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman zabit və əsgərlərimizə təşəkkürlərini çatdırıb, bu yolda şəhid olmuş Vətən övladlarını yad ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.