Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan beynəlxalq sülh təşəbbüsünə qoşulur

Rəsmi Bakı Donald Trampın yaratdığı Sülh Şurasında təsisçi üzv olmağa razılıq verib

300

Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasında təsisçi dövlət kimi iştirak etməyə razılıq verib. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, yanvarın 16-da Donald Tramp beynəlxalq səviyyədə fəaliyyət göstərəcək Sülh Şurasının yaradıldığını açıqlayıb və bu təşəbbüsə Azərbaycanı təsisçi üzv qismində qoşulmağa dəvət edib. Rəsmi Bakı həmin dəvəti müsbət dəyərləndirərək, Şuraya təsisçi üzv kimi qoşulmaq niyyətini ABŞ tərəfinə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanın üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu yaxın vaxtlarda ABŞ-yə göndəriləcək və bununla əlaqədar bütün zəruri prosedurlar həyata keçiriləcək. Xarici İşlər Nazirliyi vurğulayıb ki, Azərbaycan beynəlxalq dialoqun gücləndirilməsi, sülh və sabitliyin təşviqi istiqamətində bundan sonra da fəal mövqe nümayiş etdirəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.