Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hindistanın müdafiə sənayesi Ermənistana “Pinaka” raketlərinin tədarükünü tamamladı

Hindistanın SDAL zavodundan ilk raketlərin çatdırılması 2023-cü ilin iyulunda başlayıb və 2024-cü ilin noyabrında tamamlanıb

78

Hindistanın “Solar Defence and Aerospace Limited” (SDAL) şirkəti tərəfindən Ermənistana ilk “Pinaka” idarə olunan raketlərinin çatdırıldığı bildirilib.

Məlumatı Hindistanın müdafiə naziri Racnat Sinqh rəsmi şəkildə təsdiqləyib.

Hindistan mediasının yaydığı xəbərlərə görə, Ermənistan əvvəllər dörd “Pinaka” batareyasının tədarükü üçün müqavilə imzalamışdı. Sazişə çoxlüləli sistemlər və digər müdafiə texnikaları üçün idarə olunan raketlərin ixracı da daxil edilib.

Raketlərin buraxılış sistemlərinin çatdırılması 2023-cü ilin iyulunda başlayıb və 2024-cü ilin noyabrında başa çatıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.