Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Suriyanın şimal-şərqində sülh üçün atəşkəs tətbiq olundu

Əhməd əş-Şaraa SDF ilə razılaşmanın icrasını təmin etmək üçün tədbirlər görəcəyini açıqlayıb, görüş sabaha təxirə salınıb

59

Suriyanın Prezidenti Əhməd əş-Şaraa ölkənin şimal-şərqində atəşkəs rejiminin tətbiq olunduğunu açıqlayıb.

Bu barədə SANA agentliyi məlumat yayıb. Əş-Şaraa Suriya Demokratik Qüvvələri (SDF) ilə əldə olunmuş razılaşmanın müddəalarının icrasına şərait yaratmağa çağırıb.

Prezident həmçinin SDF rəhbəri Mazlum Abdi ilə bu gün planlaşdırılan görüşün “əlverişsiz hava şəraiti” səbəbindən sabaha təxirə salındığını bildirib.

Əş-Şaraa vurğulayıb ki, Suriya dövləti vahiddir və SDF ilə bağlı həll olunmamış bütün məsələlər nizamlanacaq, ölkədə sülhün bərpası üçün addımlar atılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.