Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Event Horizon Telescope” layihəsi M87 qalaktikasındakı nəhəng qara dəliyi dinamik şəkildə öyrənmək üçün hazırlanır

Alimlər bu müşahidələrlə qara dəliyin fırlanma sürətini, maddə buraxılışlarını və qalaktikaların təkamülünə təsirini daha yaxşı anlamağı hədəfləyir

84

“Event Horizon Telescope” (EHT) layihəsinin alimləri tarixdə ilk dəfə olaraq qara dəliyin hərəkətini video formatında qeydə almağı planlaşdırırlar. Bu müşahidələrin obyekti M87 qalaktikasının mərkəzində yerləşən nəhəng qara dəlik olacaq.

Layihənin təsisçilərindən Sera Markoff bildirib ki, bu müşahidələr qara dəliyin fırlanma sürətini və onun buraxdığı güclü maddə axınlarının (relyativistik şüaların) necə formalaşdığını daha dərindən öyrənməyə imkan verəcək. Onun sözlərinə görə, bu axınlar qalaktikanın, hətta ətraf qalaktikaların təkamülünə ciddi təsir göstərə bilər.

M87” qalaktikasındakı qara dəliyin kütləsi təxminən 6 milyard Günəş kütləsinə bərabərdir və ölçüləri Günəş sisteminin sahəsi ilə müqayisə oluna bilər. Bu qədər böyük kosmik obyektlərin nisbətən yavaş hərəkəti teleskoplara ardıcıl görüntülər çəkməyə və onları video formatında təqdim etməyə imkan verəcək.

Əvvəlki nailiyyətlər arasında 2019-cu ildə EHT layihəsi tarixi bir addım ataraq ilk dəfə qara dəliyin “şəkilini” təqdim etmişdi. İndi isə layihə qara dəliyin hərəkətini lentə alaraq onun dinamikasını, enerji buraxılışlarını və ətraf mühitlə qarşılıqlı təsirini öyrənmək istəyir.

Video müşahidələri 2026-cı ilin mart-aprel aylarında aparılacaq, bu dövr qara dəliyin öyrənilməsi üçün ən əlverişli vaxt hesab olunur. Alimlər hesab edirlər ki, əldə ediləcək məlumatlar təkcə M87 qalaktikasının strukturu haqqında deyil, həm də qara dəliklərin ümumi fiziologiyası və qalaktikaların təkamülünü anlamaq üçün əvəzsiz olacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.