Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qış havası ölkə boyu təsirini artırır

Bir çox bölgədə sulu qar və qar yağır, bəzi ərazilərdə duman səbəbindən görünüş məhdudlaşıb

74

Yanvarın 18-i saat 17:00-a olan məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı bölgələrdə sulu qar və qar yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı və Abşeron yarımadasında, həmçinin Bərdə, Tərtər, Göyçay, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Hacıqabul, Yardımlı, Lənkəran və Ağdamda yağış qeydə alınıb.

Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Xaltan, Şabran və Lerikdə isə qar yağır.

Daşkəsən, Qax, Şəki, Zaqatala, Şamaxı, Qusar və Quba ərazilərində duman müşahidə olunur, bəzi yerlərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.