“Mossad” İranda etnik tərkiblə bağlı xəritə yayımladı
Paylaşılan məlumatlara görə, İranda azərbaycanlıların sayı təxminən 16 milyon göstərilir, lakin alternativ mənbələr daha yüksək rəqəmlər açıqlayır
İsrailin xarici kəşfiyyat qurumu “Mossad” İranda etnik tərkiblə bağlı yeni məlumatlar yayıb. Xidmət tərəfindən paylaşılan materialda ölkənin etnik demoqrafiyasını əks etdirən təxmini xəritə təqdim olunub.
Xəritədə İran əhalisinin ümumi sayının 91,6 milyon nəfər olduğu göstərilir. Verilən rəqəmlərə əsasən, ölkə əhalisinin ən böyük hissəsini farslar təşkil edir və onların payı 48,2 faiz olaraq qeyd olunub.
Sənəddə azərbaycanlıların İrandakı payı 17,1 faiz kimi göstərilir ki, bu da təxminən 16 milyon nəfərə bərabərdir. Kürdlərin sayı isə ümumi əhalinin 10 faizi həcmində qiymətləndirilib.
Etnik bölgüyə dair məlumatlarda lurların 6,7 faiz, mazandaranlıların 5,2 faiz, giləklərin 2,8 faiz, ərəblərin 2,7 faiz, bəlucların 2,3 faiz, türkmənlərin 1,6 faiz, qaşqayların 1,2 faiz, talışların isə 1 faiz paya sahib olduğu da yer alıb.

Qeyd edək ki, bu rəqəmlər bütün mənbələrdə eyni deyil. Bir sıra alternativ araşdırmalarda İranda yaşayan azərbaycanlıların sayının 30–40 milyon arasında olduğu iddia olunur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.