Polis Akademiyası vakant yerlərə işə qəbul elan edir
Hüquqşünaslıq və informasiya təhlükəsizliyi sahəsində ali təhsilli vətəndaşlar professor-müəllim və mütəxəssis vəzifələrinə müraciət edə bilərlər
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası professor-müəllim heyəti və mütəxəssis vəzifələri üzrə vakant yerlərə işə qəbul elan edib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. O bildirib ki, Akademiyaya hüquqşünaslıq və ya informasiya təhlükəsizliyi sahəsi üzrə tam ali təhsili olan, yüksək bilik səviyyəsinə malik, elmi-pedaqoji fəaliyyətlə məşğul olan və Azərbaycan dilini sərbəst bilən vətəndaşların qəbulu nəzərdə tutulur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.