Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda tullantı su sistemlərinin modernləşdirilməsinə start verildi

Regionlarda tullantı sularının idarə olunması üçün 1,19 milyon manatlıq tender elan edilib

577

Azərbaycanda tullantı su təchizatı sistemlərinin istismar keyfiyyətini yüksəltmək məqsədilə iri həcmli mal-material satınalmasına başlanılıb.

Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsinin elan etdiyi tenderin dəyəri 1 190 244 AZN təşkil edir. Tender çərçivəsində sənaye boruları və digər texniki materialların tədarükü planlaşdırılır.

Məqsəd, regionlarda tullantı sularının idarə olunması sistemlərinin fasiləsiz və səmərəli fəaliyyətini təmin etməkdir.

Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” ölkənin regionlarında su təsərrüfatı və meliorasiya tədbirlərinin həyata keçirilməsinə məsul publik hüquqi şəxsdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.