Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Elon Mask İranda Starlink-i Pulsuz Edib

SpaceX İranda təhlükəsiz internet üçün abunə haqqını ləğv edib

91

SpaceX şirkətinin baş direktoru Elon Mask İranda etiraz aksiyaları səbəbindən internetin kəsilməsinin qarşısını almaq üçün Starlink peyk rabitəsini pulsuz edib.

“Holistic Resilience” təşkilatının icraçı direktoru Əhməd Əhmədianın sözlərinə görə, SpaceX İranda Starlink xidmətindən istifadə üçün abunə haqqını ləğv edib və ölkədəki peyk terminal sahibləri xidmətdən ödənişsiz yararlana bilərlər.

Bu addım iranlılara baş verənləri daha sürətli şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verəcək.

“NetBlocks” internet monitorinq xidməti bildirir ki, İran ərazisində etirazlar başladıqdan sonra ilk dəfə olaraq ölkə miqyasında internet kəsintisi qeydə alınıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.