Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT-lərin illik maliyyə hesabatlarını təqdim etmə müddəti açıqlanıb

Hesabatların təqdim olunmaması inzibati məsuliyyətə səbəb olacaq

743

Azərbaycandakı qeyri-hökumət təşkilatları (QHT-lər) illik maliyyə hesabatlarını 1 apreldə qədər Maliyyə Nazirliyinə təqdim etməlidir.

Nazirliyin QHT-lərə ünvanladığı müraciətdə bildirilib ki, hesabatların forması və təqdim qaydası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq olunub və nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib. Hesabatlar “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı” vasitəsilə təqdim edilməlidir.

QHT-lər www.qht-hesabat.maliyye.gov.az saytında qeydiyyatdan keçərək illik maliyyə hesabatlarını elektron qaydada göndərə bilərlər. Hesabatların vaxtında təqdim edilməməsi İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.