Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Çin ABŞ-ın yeni rüsum siyasətinə sərt reaksiya göstərdi

Pekin bildirir ki, beynəlxalq ticarət prinsiplərinə zidd addımlar qəbul edilə bilməz və Çin maraqlarını qoruyacaq

115

Çin ABŞ-ın İranla əməkdaşlıq edən ölkələrə 25% gömrük rüsumu qoymasını sərt şəkildə pisləyib.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib ki, Pekin bu məsələdə “aydın və dəyişməz mövqe” tutur və ölkə öz qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq.

Mao Nin vurğulayıb ki, gömrük müharibəsində qalib yoxdur və belə addımlar beynəlxalq ticarət prinsiplərinə ziddir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana əməkdaşlıq edən bütün ölkələrə 25%-lik gömrük rüsumları tətbiq edib. Bu qərarın arxasında İranda baş verən etiraz dalğaları dayanır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.