Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcazəsiz evlərin qanuniləşdirilməsi – mərhələli proses start götürüb

Deputat Rövşən Muradov bildirir ki, tikililər yalnız uyğun ərazilərdə sənədləşdiriləcək, qadağan olunmuş yerlərdə isə istisna nəzərdə tutulur

352

“Sənədsiz evlərin sənədləşdirilməsinə keçən ildən başlanılıb”, – deyə Milli Məclisin üzvü Rövşən Muradov bildirib.

Deputat qeyd edib ki, hazırda təxminən 600 min ev sənədsizdir və mərhələli şəkildə qanuniləşdirilməyə başlanılıb:
“Proses bütün ölkə üzrə aparılacaq, yük daha çox Bakıya düşür. Bələdiyyə balansındakı torpaqlarda tikilmiş evlər də sənədləşdiriləcək, amma Dövlət Neft Şirkətinin balansındakı, dəmiryol xəttinə yaxın və ya yüksək gərginlikli elektrik xətlərinin altında olan tikililər istisnadır.”

Muradov əlavə edib ki, sənədləşmə vətəndaşı şəxsi mülkiyyət sahibi edəcək, dövlət isə qeydiyyatlı evlərdən vergiləri yığa biləcək. Qanunsuz yerlərdə yaşayanlara isə söküntü zamanı kompensasiya ödənəcək.

İşin məqsədi həm vətəndaşın hüquqlarını qorumaq, həm də dövlətin büdcəsini formalaşdırmaqdır. Vətəndaşların məsuliyyəti isə mənzilini qeydiyyata verməkdir ki, müvafiq qurumlar iş apara bilsin.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.