Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Londonda İran səfirliyi qarşısında gərginlik: Dövlət bayrağı zədələndi

Etirazçılar rəsmi bayrağı 1979-cu il əvvəlki bayraqla əvəz edib; İranda azı 200 etirazçı həbs olunub, silah və sursatlar müsadirə edilib

975

“Azad İran” Telegram kanalı məlumat yayıb ki, etirazçılar səfirlik önündəki rəsmi bayrağı 1979-cu il İslam İnqilabından əvvəl istifadə olunan bayraqla əvəz ediblər.

Eyni zamanda İranda aparılan əməliyyatlar nəticəsində azı 200 nəfər həbs olunub. Saxlanılan şəxslərin gizləndiyi məkanlardan böyük miqdarda odlu silah, döyüş sursatı, əl qumbaraları və “Molotov kokteylləri” götürülüb.

Bundan başqa, “Hanzala” haker qrupu açıqlayıb ki, “Mossad”la əlaqəli olduğu iddia edilən 600 nəfərin kimliyi müəyyən edilib. Onlar etirazların təşkili və genişləndirilməsində iştirak etməkdə ittiham olunurlar. Hesabatda yer alan adlar arasında bir neçə tanınmış ictimai xadim də var.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.