Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təcrübəli sürücülər də qəzalardan yayına bilmir

10 ildən artıq təcrübəsi olan sürücülər 2025-ci ildə törədilən yol-nəqliyyat hadisələrinin 39 faizinə səbəb olub

251

2025-ci ildə 10 ildən artıq təcrübəsi olan sürücülərin yol-nəqliyyat hadisələrində payı açıqlanıb

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən il bu kateqoriyaya aid sürücülər 488 yol-nəqliyyat hadisəsi törədiblər ki, bu da ölkədə qeydə alınmış bütün qəzaların 39 faizini təşkil edir.

Məlumatda vurğulanıb ki, uzun illər təcrübəsi olan sürücülərin bəzən həddindən artıq özünə güvənməsi sürətin düzgün seçilməməsi, təhlükəsiz ara məsafəsinin qorunmaması və riskli manevrlərə səbəb olur. İdarə sürücüləri hər zaman diqqətli olmağa və yol hərəkətində mümkün gözlənilməz hallara hazırlıqlı olmağa çağırıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.