Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pezeşkian təhlükəsizlik qüvvələrinə mesaj verdi

İran Prezidenti etirazlar zamanı zorakılıqdan yayınmağı, dialoq və təmkinli davranışı prioritet hesab etdiyini açıqladı

92

İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən etiraz aksiyaları fonunda təhlükəsizlik strukturlarına çağırış edib. Bu barədə İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaimpənah məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısı artıq 12 gündən çoxdur davam edən etirazlar zamanı milli təhlükəsizliyə birbaşa təhdid olmadığı halda, hüquq-mühafizə orqanlarının maksimum təmkin nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Qaimpənah bildirib ki, Prezident Pezeşkian zorakılıq törədən, silah və soyuq silahdan istifadə edən, eləcə də hərbi və təhlükəsizlik obyektlərinə hücum edən şəxslərin iğtişaşların əsas təşkilatçıları kimi qiymətləndirildiyini qeyd edib.

Eyni zamanda, İran Prezidenti təhlükəsizlik qüvvələrini etirazçılarla dialoqa üstünlük verməyə, dinc ünsiyyət qurmağa və cəmiyyətin tələblərini diqqətlə dinləməyə çağırıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.