Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İranda xalq onu geri çağırır

Belçika parlamentinin iranəsilli deputatı Dərya Səfai dini rejimin sonunun yaxınlaşdığını bildirir, Pəhləvi isə kütləvi aksiyalara çağırış edir

91

“Artıq on gündən çoxdur ki, İranda insanlar açıq şəkildə Rza Pəhləvinin ölkəyə qayıtmasını tələb edirlər. Cəmiyyətdə belə bir inam formalaşıb ki, dini idarəçilikdən demokratik və dünyəvi sistemə keçidi reallaşdıra biləcək ən real fiqur məhz odur”.

Bu fikirləri Belçika parlamentinin iranəsilli deputatı Dərya Səfai səsləndirib.

Onun sözlərinə görə, mövcud dini hakimiyyət faktiki olaraq tükənib və İran cəmiyyəti 47 ildən sonra həlledici mərhələyə qədəm qoyub: “Bu rejimin uzun illər davam edən idarəçiliyi tarixi yanlışlıq idi. İndi isə İran xalqı öz gələcəyini yenidən formalaşdırmağa çalışır”.

Ölkə boyu davam edən kütləvi etirazlar fonunda Rza Pəhləvi də ailəsinin 47 ildən sonra yenidən siyasi səhnəyə qayıdacağına ümid etdiyini gizlətmir. İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu yanvarın 8–9-da vətəndaşları küçə və meydanlarda toplaşmağa çağırıb və hakimiyyətin mərhələli şəkildə ötürülməsini nəzərdə tutan plan üzərində işlədiyini bəyan edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.