Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ Venesuelanın xam neftini beynəlxalq bazara çıxardı

Əməliyyatlar ABŞ-ın nəzarətində olan bank hesabları vasitəsilə həyata keçirilir və həm ABŞ, həm də Venesuela vətəndaşlarının maraqlarını qorumaq məqsədi daşıyır

124

ABŞ hökuməti Venesuelanın xam neftinin beynəlxalq bazarda satışına start verib. Bu barədə Energetika Nazirliyinin rəsmi açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunur ki, əməliyyatlar həm ABŞ-ın, həm Venesuelanın, həm də müttəfiqlərin maraqları nəzərə alınaraq həyata keçirilir. Ticarət proseslərinin təşkili və maliyyə dəstəyinin təmin olunması üçün Vaşinqton dünya üzrə aparıcı əmtəə treyderlərini və əsas bankları prosesə cəlb edib.

Venesueladan çıxarılan neft və neft məhsullarının satışından əldə olunan gəlirlər ilkin mərhələdə ABŞ-ın nəzarətində olan beynəlxalq bank hesablarına yönəldiləcək. Nazirlik vurğulayıb ki, bu addım vəsaitlərin son bölgüsünün legitimliyini və şəffaflığını təmin etmək məqsədi daşıyır.

Maliyyə resursları yalnız ABŞ hökumətinin qərarı ilə istifadə olunacaq və həm ABŞ, həm də Venesuela vətəndaşlarının maraqlarını qoruyacaq. Satışlar dərhal başlayır və ilkin mərhələdə 30–50 milyon barel xam neftin satılması planlaşdırılır. Eyni zamanda, əməliyyatların nə qədər müddətə davam edəcəyi hələlik açıqlanmır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.