Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Avropada rəqəmsal təhlükəsizlik gündəmdə

Almaniya uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulmasını müzakirə edir

1. 774

Almaniyada uşaqların sosial mediadan istifadəsinin qadağan olunması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Ölkənin rəqəmsal texnologiyalar naziri Karsten Vildberger bu istiqamətdə sərt tədbirlərin görülməsini dəstəklədiyini açıqlayıb.

“Euractiv” saytının məlumatına görə, hazırda Almaniyada sosial mediadan istifadə üçün minimum yaş həddinin müəyyənləşdirilməsi ətrafında müzakirələr aparılır. Nazir bildirib ki, uşaqların sosial mediadan qorunması zəruridir və bu məsələ Avropa miqyasında vahid yanaşmanın formalaşmasına təkan verə bilər.

Karsten Vildberger qeyd edib ki, sosial medianın hansı yaş qrupundakı uşaqlar üçün uyğun olmadığını ciddi şəkildə dəyərləndirmək lazımdır. Onun sözlərinə görə, bu mövzu Avropa İttifaqında uzun müddətdir çıxılmaz vəziyyətdə qalan müzakirələrin yenidən canlanmasına səbəb ola bilər.

Xatırladaq ki, Avropa Komissiyası bu il Fransa, İspaniya, Yunanıstan, Kipr, Danimarka və Sloveniyanın sosial mediadan istifadə üçün ümumi minimum yaş həddi tətbiq olunması ilə bağlı təklifini qəbul etməyib.

Buna baxmayaraq, bəzi ölkələr milli səviyyədə məhdudiyyətlərə üstünlük verir. Belə ki, Fransa və Yunanıstan 15 yaşdan, Avstraliya isə 16 yaşdan aşağı uşaqlar üçün sosial mediaya qadağa tətbiq etməyi məqsədəuyğun hesab edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.