Pirotexniki vasitələr satan iki nəfər saxlanıldı
Onlardan müxtəlif növ partlayıcı və işıq effekti yaradan pirotexniki vasitələr götürülüb
Abşeron rayonunda pirotexniki vasitələrin qanunsuz satışı ilə məşğul olan iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, Abşeron Rayon Polis İdarəsi tərəfindən həyata keçirilən profilaktik tədbir zamanı, satıcılar müəyyən edilərək saxlanılıb və onlardan yüksək səs və işıq effekti yaradan müxtəlif pirotexniki vasitələr götürülüb.
Faktla bağlı protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.