Zəngəzur Dəhlizi ilə Bağlı Yeni Qərar
Tikinti işlərinin 2026-cı ildə start götürəcəyi bildirilir
Ermənistan Xarici İşlər Nazirliyi “Tramp Marşrutu” adlandırılan layihə çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı işlərin nə vaxt başlanacağını açıqlayıb.
Nazirliyin yaydığı məlumata əsasən, dəhlizin icrasının real mərhələsi, o cümlədən tikinti prosesinin startı 2026-cı il üçün nəzərdə tutulur. Qeyd olunur ki, bu mərhələ layihənin faktiki həyata keçirilməsinin başlanğıcı olacaq.
Eyni zamanda bildirilib ki, Ermənistan və ABŞ-ın birgə iştirakı ilə yaradılan TRIPP şirkəti ölkə ərazisində qeydiyyata alınacaq. Şirkətə avtomobil yollarının, neft və qaz boru kəmərlərinin, eləcə də fiber-optik rabitə xətlərinin inşası və inkişafı daxil olmaqla zəruri infrastruktur layihələrinin icrası həvalə ediləcək.
Layihənin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR – “Orta Dəhliz”) və Körfəz–Qara Dəniz Beynəlxalq Nəqliyyat Dəhlizi kimi əsas regional nəqliyyat xətlərini birləşdirərək bölgədə əlaqələrin genişləndirilməsinə xidmət edəcəyi vurğulanır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.