Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Rusiya Prezidenti Azərbaycan Prezidentinə doğum günü münasibətilə səmimi arzularını çatdırıb, ölkələrarası dostluq və strateji tərəfdaşlığı vurğulayıb

2. 687

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrik məktubunda Vladimir Putin İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi sahələrdə mühüm nailiyyətlər əldə etdiyini və beynəlxalq arenada mövqelərini ardıcıl şəkildə möhkəmləndirdiyini vurğulayıb.

Rusiya Prezidenti bildirib ki, iki ölkə arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, bu əlaqələr gələcəkdə də strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək və bu, hər iki xalqın maraqlarına cavab verir.

Vladimir Putin təbrikin sonunda Prezident İlham Əliyevə möhkəm cansağlığı, firavanlıq və fəaliyyətində yeni uğurlar arzulayıb, eyni zamanda səmimi salamlarını ailə üzvlərinə çatdırmağı xahiş edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.