Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ustanın cinayət planı ifşa olundu

Ev sahibinin çantasından pul oğurlayan şəxs izini itirmək üçün saxta əskinaslardan istifadə edib

3. 521

Nəsimi rayonunda yerləşən fərdi yaşayış evlərindən birində oğurluq faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, evdə usta kimi çalışan şəxs ev sahibinə məxsus çantadan 1450 manat və 4300 ABŞ dolları məbləğində pul oğurlayıb. Şübhəli şəxs cinayəti gizlətmək məqsədilə oğurladığı məbləğə uyğun saxta əskinasları həmin çantaya yerləşdirib. Hadisə ilə bağlı 65 yaşlı ev sahibi polisə müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən 32 yaşlı Ə.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.