Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənistandan Azərbaycanla bağlı mühüm mesaj

XİN müavini: Vaşinqton razılaşmalarının icrası və “Tramp yolu” regional sülh üçün vacibdir

39

Ermənistan Cənubi Qafqazda münasibətlərin normallaşdırılması prosesini irəli aparmaq istiqamətində üzərinə götürdüyü öhdəliklərə sadiq qalır.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan açıqlayıb.

Onun sözlərinə görə, regionda əldə olunmuş sülhün möhkəmləndirilməsi, sabitliyin təmin edilməsi və əməkdaşlıq mühitinin formalaşdırılması baxımından avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmaların icrası xüsusi əhəmiyyət daşıyır.

Nazir müavini vurğulayıb ki, insanlararası təmasların genişləndirilməsi regionda etimadın artırılması və davamlı sülhün təşviqi baxımından mühüm rol oynayır. Bu kontekstdə “Tramp yolu” proqramının həyata keçirilməsinin vacibliyini də qeyd edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.