Zod sərhədində mühüm proses: Birgə araşdırma mərhələsi başladı
Azərbaycan və Ermənistan komissiyaları mədən ərazisində delimitasiya və demarkasiya üzrə sahə tədqiqatları aparıb
Zod qızıl mədəninin sərhəd hissəsində Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən delimitasiya və demarkasiya ilə bağlı birgə sahə tədqiqatları həyata keçirilib.
Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yerli KİV-ə məlumat verib.
Bildirilir ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi iki ölkənin sərhəd komissiyaları arasında razılaşdırılmış əsasnaməyə uyğun şəkildə aparılır.
Qeyd edək ki, Mqer Qriqoryan daha əvvəl “Tramp yolu” ilə bağlı prosesə görə delimitasiya və demarkasiyanın növbədənkənar şəkildə Sünik vilayətində (Qərbi Zəngəzur) həyata keçirilə biləcəyini bildirmişdi.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.