Dünya çempionatında Azərbaycan boksçularının möhtəşəm çıxışı
Üç boksçu yarımfinala yüksələrək artıq azı bürünc medalını təmin etdi, final mərhələsi dekabrın 13-də baş tutacaq
Azərbaycanın üç boksçusu dünya çempionatında yarımfinalda
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən boks üzrə dünya çempionatının 1/4 final mərhələsi başa çatıb. Azərbaycan millisinin üç idmançısı mərhələni qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.
Sübhan Mamedov (48 kq) Özbəkistan təmsilçisi Şodiyorjon Melikuzyevi 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edərək yarımfinalda Gürcüstan boksçusu Sahil Alahverdovi ilə qarşılaşacaq.
Alfonso Dominqes (92 kq) dünya çempionu Andrey Zaplitnini (Moldova) 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib və növbəti döyüşündə Özbəkistan təmsilçisi Turabek Xabibullayevlə görüşəcək.
Məhəmməd Abdullayev (+92 kq) Türkmənistan boksçusu Dovlet İslamov üzərində 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) qələbə qazanaraq yarımfinalda Rusiya təmsilçisi David Surovu ilə döyüşəcək.
Bu nəticələr sayəsində hər üç Azərbaycan boksçusu artıq azı bürünc medalını təmin edib. Dünya çempionatı dekabrın 13-də yekunlaşacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.