Moskva üzərində gərginlik artır
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri hücumu zərərsizləndirdiyini, ümumilikdə 32 PUA-nın məhv edildiyini bildirib.
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru hərəkət edən daha bir pilotsuz uçuş aparatını məhv edib. Bu barədə Moskva meri Sergey Sobyanin açıqlama verib.
Merin sözlərinə görə, vurulan PUA-nın qalıqları düşdüyü ərazidə fövqəladə xidmətlərin əməkdaşları tərəfindən araşdırılır və təhlükəsizlik tədbirləri görülür.
Sobyanin əlavə edib ki, ümumilikdə bu istiqamətdə 32 Ukrayna PUA-sı məhv edilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.