Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Almaniya və Ermənistan yeni strateji tərəfdaşlıq gündəliyi imzaladı

Sənəd siyasi, iqtisadi, təhlükəsizlik və elm daxil olmaqla altı əsas sahədə əməkdaşlığı əhatə edir; tərəflər hüquqi öhdəlik yaratmayan bəyannaməni qarşılıqlı razılıqla dəyişə və ya dayandıra biləcək.

37

Ermənistan hökuməti dekabrın 9-da Baş nazir Nikol Paşinyan və Almaniya kansleri Fridrix Merts arasında keçirilən görüşün nəticəsi olaraq imzalanmış “Ermənistan və Almaniya arasında ikitərəfli tərəfdaşlığın strateji gündəliyi” üzrə birgə bəyannamənin mətnini dərc edib.

Sənəddə tərəflər aşağıdakı altı sahədə əməkdaşlıq barədə razılığa gəlib:

  • Siyasi və diplomatik əməkdaşlıq

  • İqtisadi və ticari əlaqələr

  • İnkişaf və potensialın gücləndirilməsi

  • Mədəniyyət, təhsil, dil və insanlararası mübadilə

  • Elm, texnologiya və innovasiya

  • Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq

Bəyannamədə vurğulanır ki, sənəd beynəlxalq müqavilə statusu daşımır və hüquqi öhdəlik yaratmır. Əməkdaşlığın icrası mövcud resurslardan və tərəflərin milli qanunvericiliyindən asılı olacaq. Həmçinin bəyannaməyə qarşılıqlı razılıqla istənilən vaxt dəyişiklik edilə, eləcə də tərəflərdən biri altı ay əvvəl yazılı bildiriş göndərməklə əməkdaşlığı dayandıra bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.