ABŞ-ın yeni strategiyası dünya nizamını silkələyə bilər
“Financial Times”: Bu kurs NATO-dan çıxışa və Rusiya ilə yaxınlaşmaya aparan yol ola bilər
ABŞ-ın açıqladığı yeni milli təhlükəsizlik strategiyası beynəlxalq münasibətlərdə ciddi dəyişikliklərə səbəb ola bilər. “The Financial Times” yazır ki, sənəddə təqdim edilən yanaşmalar ardıcıl şəkildə həyata keçirildiyi təqdirdə Vaşinqtonun NATO-dan ayrılması, Avropa hökumətləri ilə münasibətlərin kəskin soyuması və hətta Rusiya ilə strateji yaxınlaşma ehtimalı ortaya çıxır.
Nəşrin müəllifi qeyd edir ki, bu doktrina əslində Avropaya ünvanlanan açıq mesajdır: ABŞ köhnə qitə ölkələrindən öz siyasətini şərtsiz şəkildə dəstəkləmələrini gözləyir.
Keçən həftə dərc olunan strategiyada Vaşinqtonun Ukrayna müharibəsinə dair Avropa ilə fikir ayrılığı yaşadığı vurğulanır. Sənədə görə, Avropa İttifaqı münaqişənin uzanacağına ümid edir və daxili narazılıqları basdırmaq üçün demokratiyanın əsas prinsiplərini pozur. ABŞ isə bu tendensiyaya qarşı çıxacağını bildirir.
Eyni zamanda, Vaşinqton Avropa ölkələrini müdafiə sahəsində daha çox öhdəlik götürməyə çağırıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.