Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Moped sürücülərinə yeni tələblər: Sürücülük vəsiqəsi mütləq olacaq

Yol hərəkəti təhlükəsizliyini artırmaq üçün qanunda mühüm dəyişikliklər qəbul edildi

40

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb olunacaq. Bu, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda qəbul edilən qanun layihəsinin əsas məqsədi mopedlərin istismarına dair qaydaları təkmilləşdirmək, sürücülərin bilik və bacarıqlarını artırmaq və yol hərəkətinin təhlükəsizliyini yüksəltməkdir.

Dəyişikliklərə əsasən:

  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq;

  • Moped anlayışı qanunda daha dəqiq müəyyənləşdiriləcək;

  • Mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək;

  • Əvvəllər yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmə tələbi aradan qaldırılır;

  • Moped və motosikletlərin üzərinə uzunluğu və eni 0,5 metrdən artıq kənara çıxan və ya idarəetməyə mane olan yük daşımaq qadağan ediləcək.

Qanun 3 ay sonra qüvvəyə minəcək və ölkədə moped sürücülərinin təhlükəsizliyinin artırılmasına xidmət edəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.