Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İranda edamlar artmaqda davam edir

İnsan haqları təşkilatları İranda edam siyasətinin davamlı artdığını vurğulayır

15

İran həbsxanalarında son iki gün ərzində azı 24 məhbus edam olunub. Bu barədə HRANA xəbər verib.

Məlumatda bildirilir ki, bu göstərici onu deməyə imkan verir ki, ölkədə hər gün orta hesabla 12 nəfər, yaxud hər iki saatda bir nəfus edam edilir.

Hesabatda həmçinin qeyd olunub ki, noyabr ayında ümumilikdə 152, oktyabr ayında isə 286 nəfərin edam olunduğu qeydə alınıb. Cari ilin 11 ayında isə azı 1 426 edam hadisəsi baş verib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.