Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Netanyahu sərt mövqedə: Suriyanın cənubundan çıxmaq niyyətində deyilik

İsrail və Suriya arasında gərginlik davam edir – Netanyahu bölgədə qalmağa qərarlıdır

17

İsrail Baş naziri Benyamin Netanyahu Suriyanın cənubunda yerləşən bufer zonadan çıxmağı planlaşdırmadıqlarını açıqlayıb. O, səfirlərlə görüşdə bildirib ki, Suriyanın cənubunun silahsızlaşdırılması ilə bağlı Dəməşqlə razılaşma gözləsələr də, bu bölgədə qalmaq niyyətindədirlər.

Suriya Prezidenti Əhməd Şaraa isə noyabrın 6-da İsraili digər ölkələrə böhran ixrac etməkdə günahlandırıb və İsrail ordusunun Suriyanın cənubunda davam edən hücum və hava zərbələrinə diqqət çəkib. Şaraa 1974-cü il atəşkəs xətti və qüvvələrin ayrılması razılaşmasının bərpasına çağırıb.

Netanyahu isə ötən həftə Suriyadan paytaxt Dəməşqdən başlayaraq İsrailin ilhaq etdiyi Qolan təpələrinə qədər uzanan bir bufer zona yaratmağı planlaşdırdıqlarını açıqlamışdı.

Ötən ilin dekabrından sonra İsrail BMT-nin nəzarətində olan bufer zona və Suriyanın dağlıq bölgələrinə hərbçilər yerləşdirib. Netanyahuya görə, bu mövcudluq İsrail əhalisinin təhlükəsizliyi və sərhədyanı ərazilərdə mümkün hücumların qarşısını almaq üçün vacibdir.

Suriya xarici işlər naziri Əsəd Şibani isə bəyan edib ki, hakimiyyət dəyişikliyindən sonra İsrail tam çıxmadan heç bir razılaşmaya getməyəcəklər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.