Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Almaniya Fələstin dövlətini tanımayacaq – Merzdən sərt açıqlama

Berlin: “Sülh planı dəqiq formalaşmadan tanınma mümkün deyil”

14

Almaniya yaxın perspektivdə Fələstin dövlətini tanımağı planlaşdırmır.

Bu barədə Almaniya kansleri Fridrix Merz İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Merz qeyd edib ki, tanınma məsələsindən əvvəl bölgədə sülh planının mərhələli şəkildə icrası təmin olunmalıdır:

“Nəticənin necə olacağını bu gün heç kim bilmir. Buna görə də Almaniya digər Avropa ölkələri kimi tələskənlik göstərmir və Fələstin dövlətini vaxtından əvvəl tanımaq niyyətində deyil. Yaxın gələcəkdə də belə bir addım atılmayacaq.”

Kanslerin sözlərinə görə, Fələstin dövlətinin rəsmən tanınması üçün tələb olunan əsas şərtlər hazırda mövcud deyil.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.