Siyasi gərginlik və maliyyə problemləri səbəbindən fəaliyyət dayandırıldı
Dekabrın 3-də efirdə baş verən telekörpü insidenti kanalın bağlanmasında rol oynayıb
Ermənistanda yayımlanan azərbaycandilli televiziya kanalı “ReOpen Media” fəaliyyətini dayandırdığını açıqlayıb. Kanal dekabrın 6-da gecəyarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlandığını bildirmişdir.
Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilsə də, layihənin bağlanması son günlərdəki siyasi gərginliklə də əlaqələndirilir. Belə ki, dekabrın 3-də Real TV-də keçirilən canlı efirdə aparıcı Vəfa Həmzəyeva ilə “ReOpen Media”nın aparıcısı Diana Karapetyan arasında telekörpü təşkil edilmişdi. Söhbətin siyasi mövzulara toxunmadan aparılması barədə əvvəl razılaşma olsa da, Karapetyan efir zamanı “Artsax” ifadəsini işlədərək gərginlik yaradıb.
Vəfa Həmzəyeva bu ifadəyə etiraz edərək bildirib:
“Siz hələ də ‘Artsax’ deyirsinizsə, biz hansı sülh dialoqundan danışa bilərik? Rəsmi İrəvan artıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.”
Bu hadisədən sonra Diana Karapetyan ifadəni işlətməyi dayandırıb və mövqeyini izah etməyə çalışsa da, dialoq boyunca gərginlik davam edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.